AZ

"Real" Arbeloanı komandada saxlayacaq?

"Real" Alvaro Arbeloa ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sportal.az RTVE-yə istinadən xəbər verir ki, Madrid təmsilçisi 43 yaşlı mütəxəssisi təkcə bu mövsümün sonuna qədər deyil, gələn mövsüm də baş məşqçi postunda saxlamağı planlaşdırır.

Arbeloa yanvar ayında komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında “Real” 13 qələbə, 1 heç-heçə və 7 məğlubiyyət əldə edib.

Bu həftə madridlilər UEFA Çempionlar Liqasında "Bavariya"ya iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. La Liqada isə komanda hazırda ikinci pillədədir və "Barselona"dan 9 xal geri qalır.

Bu səbəbdən son qərarın mövsümün yekun nəticələrindən də asılı ola biləcəyi istisna edilmir.

saytlarin hazirlanmasi

Seçilən
23
1
sportal.az

2Mənbələr