AZ

Türkmənistanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Bakı. Trend:

Türkmənistanda Azərbaycanla enerji təhlükəsizliyi və dayanıqlıenerji istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

Trend xəbər verirki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidentiRövşən Nəcəf "X" hesabında paylaşım edib.

"Türkmənistanın Dövlət naziri və "Türkmənqaz" Dövlət Konsernininsədri Maksat Babayevin dəvəti ilə 16 aprel 2026-cı il tarixindəAşqabad şəhərində keçirilən “Türkmənistan – Çin Xalq Respublikası:qaz sahəsində strateji tərəfdaşlığın 20 ili” mövzusundaelmi-praktiki konfransda iştirak etməkdən məmnun oldum. Konfransçərçivəsində qaz sektorunun inkişaf perspektivləri, enerjitəhlükəsizliyi və dayanıqlı enerji istiqamətində əməkdaşlıqimkanları üzrə maraqlı fikir mübadiləsi aparıldı", - paylaşımdaqeyd edilib

Seçilən
24
1
az.trend.az

3Mənbələr