AZ

Şamaxı–Mədrəsə-Kərkənc yolunda təmir işlərinə başlanılıb » AzadMedia.az

Şamaxı–Mədrəsə-Kərkənc

Şamaxı–Mədrəsə-Kərkənc avtomobil yolunda güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinə start verilib.

Məlumata görə, intensiv yağıntılar nəticəsində yolun bəzi hissələrində asfalt-beton örtüyü zədələnərək yararsız vəziyyətə düşüb. Bu hal nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Hadisədən dərhal sonra aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülüb. Belə ki, 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub və hazırda yolun bərpası istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, aparılan təmir işlərinin qısa müddətdə yekunlaşdırılması və nəqliyyatın hərəkətinin tam bərpası nəzərdə tutulur.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr