AZ

İran qırıcıları feldmarşalın təyyarəsini mühasirəyə aldı FOTO

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İran ordusunun baş komandanı Amir Hatami bildirib ki, pakistanlı həmkarı Asim Munirin Tehrana son səfəri zamanı onun təyyarəsi İslam Respublikasının qırıcıları tərəfindən tam müşayiət olunub.

Globalinfo.az xəbər verir ki, Hataminin sözlərinə görə, qonağın təyyarəsi İran hava məkanına daxil olan kimi rəsmi Tehran Pakistana bildirib ki, onların müşayiət etməyə ehtiyac yoxdur.

O qeyd edib ki, İran Hərbi Hava Qüvvələri bu missiyanı öz üzərinə götürərək daha geniş miqyasda təhlükəsizlik təmin edib:

“Bəziləri İran Hərbi Hava Qüvvələrinin məhv olunduğunu iddia edir. Dünən qonağımız var idi və onun təyyarəsi hava məkanımıza daxil olan kimi müşayiət etməyə başladıq. Biz qonağımızı onların göndərmək istədiyi təyyarələrin sayından iki dəfə çox qırıcı ilə müşayiət etdik”, – Hatəmi vurğulayıb.

Hatami bu açıqlama ilə İran Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu nümayiş etdirmək istəyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
globalinfo.az

1Mənbələr