AZ

Tunelin asfalt qatı dağılıbVİDEO

Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt qatı çöküb. Avtomobillər çuxura düşürlər.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, tuneldə yaranan bu problem həm qəza şəraiti yaradır, həm də avtomobillərə ciddi ziyan vurur.

Ən əsas təhlükə isə sutkanın qaranlıq vaxtlarında müşahidə edilir.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, həmin yol qurumun balansında deyil.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən isə bildirildi ki,  Sabunçu rayon ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub. Aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
xezerxeber.az

1Mənbələr