AZ

Hind okeanında gəmi qəzası: 250 miqrant itkin düşüb

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində uşaqlar da daxil olmaqla, təxminən 250 nəfər itkin düşüb.

AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının ilkin məlumatına görə, Banqladeşdən Malayziya istiqamətində yola çıxan gəmi güclü külək, yüksək dalğalar və hədsiz yüklənmə səbəbindən aşıb.

Banqladeş bayrağı altında üzən gəmi yalnız doqquz nəfəri xilas edə bilib.

Miqrantların etnik mənsubiyyətcə myanmalı rohinca müsəlmanları olduğu bildirilir. 2017-ci ildə onların etiraz aksiyaları qəddarcasına dağıdıldıqdan və hücumlar başladıqdan sonra yüz minlərlə insan Myanmadan qaçıb.

Qaçqın düşərgələrindəki sərt şərait bir çox rohinca müsəlmanını daha təhlükəsiz yer saydıqları Malayziyaya getmək üçün çox riskli addımlara məcbur edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
yeniazerbaycan.com

5Mənbələr