AZ

Azərbaycanda şagirdləri daşıyan mikroavtobus AŞDI

Sabirabad rayonunda yol-nəqliyyatı hadisəsi qeydə alınıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Osmanlı kəndi ərazisində baş verib.

Belə ki, içərisində 20-yə yaxın şagirdin olduğu “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə şagirdlərin bir neçəsi yüngül xəsarət alıb.

Məlumata görə, mikrovtobuda olan şagirdlər Şirvandan hazırlıq kursundan geri dönürmüş.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
19
2
manset.az

3Mənbələr