AZ

Axtarışda olan şəxs polisləri güllələdi - Ölən və yaralananlar var

Rusiyada atışma olub, ölən və yaralılar var.

Moderator.az-ın xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.

Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.

Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.

Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.

Seçilən
5
6
moderator.az

7Mənbələr