AZ

Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsində yaranan problem müzakirə olunub

Mətbuat Şurası (MŞ) Nəzarət-Təftiş Komissiyasının iclasında üzvlük haqlarının ödənilməsində yaranan problem müzakirə olunub.

Şuradan Bakıvaxtı.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiya sədri Rey Kərimoğlu gündəlikdə dayanan məsələlər barədə məlumat verib.

MŞ İcraçı katibinin müavini İlqar Tağıyev qurumun maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabat ətrafında müzakirələrdə əsasən Mətbuat Şurasına üzvlük haqlarının ödənilməsi məsələsi üzərində dayanılıb, bununla bağlı problemlərin olduğu diqqətə çatdırılıb.

Ayrı-ayrı məsələlər barədə komissiya üzvü Elşən Əliyev və qurumun katibi Nadir Azəri bir sıra səmərəliləşdirici təkliflərlə çıxış ediblər.

Həmin təkliflər əsasında Katiblik qarşısında müvafiq tapşırıqlar müəyyənləşdirilib.

Seçilən
34
2
bakivaxti.az

4Mənbələr