AZ

"Liverpul"da qalacaq

style='margin-bottom:10px;'>

"Liverpul"un hücumçusu Kodi Qakpo uğursuz mövsüm keçirməsinə baxmayaraq komandada qalacaq.

QOL.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

2024/2025-ci illər mövsümündə 18 qol vuran niderlandlı forvard cari mövsümdə bütün turnirlərdə cəmi 8 dəfə fərqlənə bilib. Lakin Mersisayd təmsilçisinin hücum xəttindəki itkiləri onun komandada qalmasını zəruriləşdirib.

Belə ki, mövsümün sonunda Məhəmməd Salahın, ardınca Federiko Kyezanın da komandanı tərk edəcəyi gözlənilir. Bundan başqa, Uqo Ekitikenin axilles vətərini qoparması və uzun müddətlik sıradan çıxması Qakponun komandadakı yerini qorumasına səbəb olub.
 

Seçilən
24
teleqraf.com

1Mənbələr