AZ

İtaliyada bank qarət olunub, 30-a yaxın girov azad edilib

İtaliyanın Neapol şəhərində “Credit Agricole” bankının filialında soyğun baş verib.

Yerli medianın xəbərinə görə, soyğun zamanı 30-a yaxın şəxs girov götürülüb.

Girovların içərisində bank işçilərinin və müştərilərin olduğu bildirilir.

Hüquq-mühafizə orqanları girovları azad etməyə nail olub.

Lakin soyğunçular hələlik tutulmayıb, axtarış davam edir.

Onların 4-5 nəfər olduğu güman edilir.

Seçilən
29
6
apa.az

7Mənbələr