AZ

İtaliyada bank qarət olundu - 30-a yaxın girov azad edildi

İtaliyanın Neapol şəhərində “Credit Agricole” bankının filialında soyğun baş verib.

Redaktor.az xəbər verir ki, soyğun zamanı 30-a yaxın şəxs girov götürülüb.

Girovların içərisində bank işçilərinin və müştərilərin olduğu bildirilir.

Hüquq-mühafizə orqanları girovları azad etməyə nail olub.

Lakin soyğunçular hələlik tutulmayıb, axtarış davam edir.

Onların 4-5 nəfər olduğu güman edilir.

Seçilən
32
6
redaktor.az

7Mənbələr