AZ

Azərbaycanda bəzi tələbələrə verilən güzəştlərin qaydası dəyişib

Bakı. Trend:

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alanailənin əyani təhsil alan övladlarından artıq arayış tələbolunmayacaq.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Məlumata görə, ailə başçısını itirməyə görə aylıq pensiya və yamüavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosialödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgərəvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayıştəqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOSTRəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondununtətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tamavtomatlaşdırılıb.

Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyanitəhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədəməlumatlar Dövlət İmtahan Mərkəzinin “Tələbə-Məzun” informasiyabazasından e-qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişindavam etdirilməsi prosesi avtomatik təmin edilir.

Təhsil statusu hər ay avtomatik yenilənir, ödənişlərin davametdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır.

Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindənçox şəxsə ailə başçısını itirməyə görə pensiya və müavinət ödənişimüddəti arayış tələb edilmədən avtomatik uzadılıb.

Seçilən
17
18
az.trend.az

10Mənbələr