AZ

ABŞ Suriyadan qoşunlarını tamÇIXARDI

ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyadan tam çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonun bu qərarı ölkədə ABŞ hərbi iştirakını zəruri edən şərtlərin dəyişməsi ilə əlaqədardır. Qeyd olunub ki, əsas səbəb kimi göstərilən İŞİD-ə qarşı mübarizə kontekstində vəziyyət artıq əvvəlki kimi deyil.

Nazirlikdən bildirilib ki, hazırda Suriya terrorizmə qarşı mübarizəni daxili imkanları və beynəlxalq əməkdaşlıq çərçivəsində davam etdirmək imkanına malikdir.

Məlumata görə, ABŞ bu addımla ölkədə təxminən 10 il davam edən hərbi əməliyyatlarını başa çatdırmış olur.

NURİYYƏ

Seçilən
21
redaktor.az

1Mənbələr