AZ

Taylandda yerli Yeni il zamanı 190 dan çox insan həlak olub

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Dünyanın ən böyük su savaşı" kimi tanınan ənənəvi Tayland Yeni ili — Sonqkran bayramının ilk günlərində Taylandda azı 191 nəfər həlak olub.

Ölkə.Az "Express" nəşrinə istinadən xəbər verir ki, festival hər il Banqkok, Çianqmay, Puket və Pattayya kimi şəhərlərdə böyük yerli sakin və turist kütləsini bir araya gətirir.

Hakimiyyət orqanlarının məlumatına görə, bayramın ilk 72 saatı ərzində 951 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 900-dən çox insan xəsarət alıb. Yalnız ilk gündə 51 nəfər həyatını itirib.

Ölüm hallarının əsas səbəbi yol qəzaları olub. Əsas faktorlar arasında bunlar qeyd edilir:

- Sürət həddinin aşılması (halların təxminən 42%-i);

- Sərxoş vəziyyətdə sürücülük (27%);

- Qoruyucu kaskaların olmaması.

Qəzaların böyük hissəsi ölkədə geniş yayılmış motosikletlərin payına düşür.

Adi vaxtlarda Taylandda yollarda gündəlik orta hesabla 38 ölüm faktı qeydə alınsa da, Sonqkran dövründə bu göstərici kəskin şəkildə artır. Məhz buna görə də bayram həftəsini tez-tez "yeddi təhlükəli gün" adlandırırlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
olke.az

2Mənbələr