AZ

Elmar Baxşıyev: “Bu oyun çempionatın finalı kimi dəyərləndirilə bilər”

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Çempionatın sonuna yaxınlaşdığımız üçün bu oyunu müəyyən mənada final kimi də dəyərləndirmək olar". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 28-ci turunun mərkəzi qarşılaşması olan "Qarabağ" - Sabah" matçından gözləntilərini bölüşüb:

"Qarabağ"ın qələbəsi çempionatda intriqanın davam etdiyini göstərəcək, "Sabah"ın qalibiyyəti isə onları tarixlərində ilk çempionluğa daha da yaxınlaşdıracaq. Bu iki komanda arasında cari mövsümdə keçirilən hər üç qarşılaşma kifayət qədər dramatik alınıb. Qarşıdakı oyunda da kimin üstün olacağını proqnozlaşdırmaq çətindir. Belə matçlarda ən kiçik səhv belə komandanı geriyə sala və ya əksinə, üstünlük qazandıra bilər. Turnirin bitməsinə 6 tur qalmış xal fərqi böyük görünsə də, futbolda üstünlüyün qısa zamanda əldən çıxması mümkündür. "Sabah"ın da, "Qarabağ"ın da gücü bəllidir və inandırıcı görünmür ki, mövsümün həlledici mərhələsində oyunlara məsuliyyətsiz yanaşsınlar".

Xatırladaq ki, qarşılaşma aprelin 18-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr