AZ

Space TV də gərginlik: müxbirlər etiraz edir, telekanal bağlanır TƏCİLİ

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Space TV-də müxbirlərin etiraz etdiyi bildirilir.

Globalinfo.az-a daxil olan məlumata görə, dünən rəhbərlik onları müxtəlif tədbirlərin çəkilişinə göndərə bilməyib.

Mənbə bildirir ki, bəzi tədbirlərə göndərişlə bağlı mübahisələr yaranıb və müxbirlər həmin tapşırıqları yerinə yetirməkdən imtina ediblər.

“Dünən müxbirlər gün boyu etiraz edib, maaş tələbi irəli sürüblər. İcraçı direktor Nəriman Abdullayev bu gün saat 15:00-da ümumi iclas çağırıb. İşçilərin əksəriyyətinin iclasa qatılmaqdan imtina etdiyi bildirilir. Buna səbəb kimi Xəbərlər Departamentinə Pərvin İsmayılova adlı şəxsin rəhbər təyin olunması göstərilir. Müxbirlərin bir qismi onun ali təhsilli olmamasını əsas gətirərək rəhbərliyi qəbul etmədiklərini deyirlər. İddialara görə, Elman Bakuvi işdən ayrıldıqdan sonra Günel Şahmalıqızı da vəzifəsindən azad edilib. Məlumata əsasən, bunun ali təhsilli tanınmış jurnalistlərin kənarlaşdırılması ilə bağlı olduğu iddia olunur. Günel Şahmalıqızının şəhid qızı olduğu qeyd edilir. Hazırda Space TV-də iclasın davam etdiyi, Nəriman Abdullayevin isə jurnalistlər arasında yaranmış narazılığı aradan qaldırmağa çalışdığı iddia olunur”.

Axar.az-a daxil olan məlumatda isə iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
globalinfo.az

1Mənbələr