AZ

Türkiyədə məktəbə silahlı hücum edən şəxsin atası: Ona atəş açmağı öyrətmişdim - FOTO

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonunda orta məktəbdə baş verən silahlı atışma ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Ölkə.Az “Haber Global”a istinadla xəbər verir ki, hücumu törətməkdə şübhəli bilinən 8-ci sinif şagirdinin atası Uğur Mersinlinin ilkin dindirilmədəki ifadəsi mətbuatda yayımlanıb. O, oğlunun psixoloji problemləri olduğunu söyləyib:

“Oğlum interaktiv oyunlar oynayırdı. Mən otağına girəndə isə hər şeyi söndürürdü. Təxminən 1 ay əvvəl mənə dostlarının silahdan atəş açdığını bunu ona nə zaman öyrədəcəyimi soruşdu. Bazaertəsi polis idarəsinin poliqonuna gedərək özümə aid silahla atəş açdım. Oğluma da bir neçə əl atəş açdırdım. 

Psixoloq oğlumun cəmiyyətlə uyğunlaşmaqda problem yaşayacağını, bir az izlənilməsi gərəkdiyini dedi. 
7 ədəd daşınma icazəsi olan silahım, 2 ədəd də ov tüfəngim var. Bunlar da öz adıma olan tüfənglərdir”, - deyə ata söyləyib.

Türkiyə mətbuatı hücumun 11 apreldə planlaşdırıldığını yazıb.

Şübhəli şəxsin istifadə etdiyi silahların baş müfəttiş olan atası Uğur Mersinlinin adına qeydiyyatda olduğu təsbit edilib. 

Qeyd edək ki, ötən gün  Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbində 8-ci sinif şagirdi ətrafa odlu silahdan atəş açaraq 10 nəfərin ölümünə səbəb olub. Daha sonra hücumu törədən şəxs ölü tapılıb.

Daha əvvəl isə Türkiyənin Şanlıurfa əyalətində liseyin 19 yaşlı keçmiş məzunu məktəbə hücum edərək 16 nəfəri yaralamışdı.

Təhlükəsizlik Baş İdarəsi (EGM) Şanlıurfa və Kahramanmaraşda məktəb hücumları ilə əlaqədar olaraq "cinayəti və cinayətkarları tərifləyən və ictimai asayişə mənfi təsir göstərən fəaliyyətləri paylaşmaq və onlarla məşğul olmaq" ittihamı ilə 83 nəfər haqqında saxlanılma qərarı verildiyini və 93 teleqram qrupunun bağlandığını açıqlayıb.

Billurə Yunus

Seçilən
28
1
olke.az

2Mənbələr