AZ

Ramin Məmmədov Bərdədə Seyid Yəhya Bakuvi təqaüdünün qalibi olan tələbənin ailəsini ziyarət edib

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun həyata keçirdiyi "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində Bərdə şəhərində ali təhsil müəssisəsinin "İslamşünaslıq" ixtisasının II kurs tələbəsi Cəlal Cəfərlinin ailəsini ziyarət edib.

525.az-a bu barədə Komitədən məlumat verilib.

Qeyd edilib ki, Ramin Məmmədov görüşdə milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli gənc nəslin formalaşdırılması haqqında danışıb və bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.

Sədr vurğulayıb ki, Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar gənclərin hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların cəmiyyət həyatında fəal iştirakını da stimullaşdırır.

Ramin Məmmədov onu da söyləyib ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin inkişafını dəstəkləmək məqsədilə müxtəlif maarifləndirici layihələr və sosial proqramlar həyata keçirir. Bu təşəbbüslər tələbələrin dünyagörüşünün genişlənməsinə, cəmiyyətdə sağlam dini düşüncənin, tolerantlıq və multikultural dəyərlərin təşviqinə xidmət edir.

Cəlal Cəfərlinin valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, dövlət tərəfindən təklif olunan təqaüd və dəstək proqramlarının gənclərin təhsilinə mühüm töhfə verdiyini vurğulayıblar.

Komitədən bildirilib ki, Cəlal Cəfərli 2025/2026-cı tədris ili üzrə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təsis edilmiş "Seyid Yəhya Bakuvi" təqaüdünün qalibidir. Təqaüd Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə təsis edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
525.az

1Mənbələr