Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşməyəcək.
Mənbələrin “LBCI”ə verdiyi məlumata görə, Aun ABŞ-ın Dövlət katibi Marko Rubio ilə telefon danışığında Netanyahu ilə danışmayacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderləri arasında telefon danışığı olacağını bəyan edib.