AZ

Sumqayıt da qalmaqal: Legionerə görə yerli futbolçu qovuldu

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Sumqayıt" Futbol Akademiyasının U-19 komandasının məşqində xoşagəlməz hadisə yaşanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Qazaxıstandan gətirilən futbolçu məşq zamanı yerli oyunçulardan birini topla vurub. 

Buna etiraz edən tərəf cavab reaksiyası verib və oyunçular arasında insident yaşanıb.

Hadisədən sonra məşqçi Hikmət Hüseynov yerli futbolçu İsmayıl Adıgözəllini məşqdən qovub. Ardınca isə o, akademiyadan kənarlaşdırılıb.

Ortaya çıxan mənzərə isə suallar doğurur: insidentdə iki tərəf olduğu halda, niyə cəza yalnız yerli futbolçuya tətbiq olundu? Klub milliləşdirmək istədiyi legionerə görə akademiyanın öz yetirməsini qurban verməməlidir. Bu fakt bir daha onu göstərir ki, Azərbaycanda gəlmə futbolçulara yerlilərdən daha çox üstünlük verirlər. Amma unutmasınlar ki, "qaranquş" gəldi gedərdir, bizə qalan "boz sərçə"dir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
sport24.az

1Mənbələr