AZ

Yalı çapkını nın aktrisasının fahişəlik etdiyi iddia olundu

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

İstanbulda məşhurların da adının hallandığı narkotik və fahişəlik istintaqında yeni detallar ortaya çıxıb.

Axşam.az xəbər verir ki, prokurorluq bəzi məşhurların pul köçürmələri, yazışmalar və olduqları məkanlarla bağlı araşdırma aparıb.

İstintaq əsnasında Yiğit Macitin Aleyna Bozoka 200 min lirə göndərdiyi və mesajında "100-100 bölüşərik" ifadəsini yazdığı müəyyən edilib. Bu yazışmalar fahişəlik iddialarını gücləndirən faktlar arasında yer alıb.

Bozok maddi çətinlik yaşadığını bildirərək borcları üçün ondan kömək istəyib. Mesajlarda Macitin "Pulunu ödəyəcəyəm, mənə güvən. Kartı bağlayacağam" kimi ifadələr işlətdiyi əks olunub. 

Yazışmalardan birində Bozokun "Çox qorxuram. Pul üçün heç kimlə belə şey etməyəcəyəm. Səni utandırmaq istəmirəm" dediyi də ortaya çıxıb. İddialara görə, Macit onu başqa şəxslərlə görüşməyə yönləndirib. Bozok isə ifadəsində pul köçürmələrinin xəstəliyi ilə bağlı yardım məqsədilə edildiyini bildirib.

Qeyd edək ki, 24 yaşlı aktrisa "Yalı çapkını", "Annem Ankara", "Kızılcık şerbeti" kimi seriallarda çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
axsam.az

3Mənbələr