AZ

HƏMAS və ABŞ birbaşa görüş keçirdi - İDDİA

ABŞ ilə HƏMAS arasında 10 oktyabr 2025-ci ildə əldə olunan atəşkəs razılaşmasından sonra 14 aprel tarixində ilk dəfə birbaşa görüş keçirildiyi iddia edilib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə HƏMAS-ın ABŞ-yə İsrailin atəşkəs öhdəliklərinə riayət etməsi üçün təzyiq göstərdiyi bildirilib.


CNN-ə danışan iki HƏMAS rəsmisi Trampın iqtisadi normallaşma məsələlərindən məsul olan səfir Aryeh Lightstone başçılığında bir heyətin 14 aprel tarixində Misirin paytaxtı Qahirədə HƏMAS-ın Siyasi Büro üzvü və Qəzza Zolağındakı lideri Xəlil əl-Hayyə ilə görüşdüyünü iddia ediblər.


Lightstonea Qəzza Sülh Komitəsinin Yüksək Nümayəndəsi Nikolay Mladenovun da müşayiət etdiyi bildirilib. Rəsmilər əl-Hayyənin hücumların dayandırılması, daha çox humanitar yardımların Fələstinə girişinin təmin edilməsi və növbəti mərhələyə keçilməsi üçün İsrailin razılaşmanın ilk mərhələsinə dair öhdəliklərini yerinə yetirməli olduğunu Lightstonea təzyiq edərək ifadə etdiyini iddia ediblər.

Seçilən
10
manset.az

1Mənbələr