AZ

Qəzzəda ƏMƏLİYYAT: HƏMAS-ın üç yüksək rütbəli üzvü MƏHV EDİLDİ – VİDEO

İsrail ordusu HƏMAS-ın rabitə bölməsinin komandirini zərərsizləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.

İsrail ordusu Qəzza şəhəri ərazisində HƏMAS-ın rabitə bölməsinin komandiri Əhməd Əbu Xdeyranı məhv edib.

Bildirilir ki, o, İsrail qüvvələrinə qarşı “terror hücumları” planlarının hazırlanmasında iştirak edib və ordu qüvvələri üçün birbaşa təhlükə yaradırdı.

Həftənin əvvəlində isə yenə Qəzza bölgəsində HƏMAS-ın istehsalat bölməsinin iki əsas yaraqlısı – İslam Hişam Riyad Kanit və Mahmud Həmid Yusif Həmdun zərərsizləşdirilib.

Onların atəşkəs dövrü də daxil olmaqla, təşkilatın hərbi potensialının bərpası istiqamətində fəal çalışdıqları qeyd olunur.

İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir:

“Zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək zərəri azaltmaq üçün yüksək dəqiqlikli sursatlardan istifadə və hava müşahidəsi də daxil olmaqla, çoxsaylı tədbirlər görülüb”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr