ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İsrail Müdafiə Qüvvələri (SAXAL) radikal HƏMAS hərəkatının üç komandirinin, o cümlədən Qəzza şəhəri bölgəsi üzrə rabitə bölməsi rəhbərinin ləğv edildiyini bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunur.
"SAXAL HƏMAS-ın Qəzza şəhərindəki rabitə bölməsinin komandirini zərərsizləşdirib. Digər bir zərbə nəticəsində isə HƏMAS-ın istehsalat bölməsinin iki komandiri məhv edilib", — bildirib.
İdarədən bildirilib ki, zərbələrdən əvvəl "mülki əhaliyə dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görülüb", bura "yüksək dəqiqlikli döyüş sursatlarının tətbiqi" və "havadan müşahidə" daxildir.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.