AZ

Quba ilə oyuna tablo üzərində hazırlaşacağıq, çünki...

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

İkinci Liqanın 22-ci turunda "Şəmkir"in qonağı olan "Şirvan" minimal hesablı (1:0) qələbə qazanıb. Beləliklə, debütant ilkin mərhələni 4-cü yerdə başa vurub. Bölgə təmsilçisi ilk "6-lıq"da yarışacaq. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında qalib gəldikləri görüşü belə şərh edib:

"Ardıcıl iki ağır məğlubiyyətdən sonra toparlanmaq çətin oldu. Ot örtüyü bərbad olsa da, hər iki komanda yaxşı mübarizə apardı. Şükür olsun, qələbə qazandıq. Üç xal qazanmaq bizə hava-su kimi vacib idi. İlkin mərhələni 4-cü yerdə başa vurduq. "Altılıq"da özümüzdən öndə olan 3 və geridəki 2 komanda ilə qarşılaşacağıq. Təqvim elədir ki, ilk üç oyunumuzu yaxın qonşularımızla, son ikisini isə liderlərə qarşı oynamalıyıq. Hazırki mövqeyimizi qorumaq üçün bütün gücümüzü ilk üç matça səfərbər edəcəyik. 

Növbəti rəqib "Quba"dır. Oyuna tablo üzərində hazirlaşacağıq, çünki hər gün məşq keçməyə imkanımız yoxdur. Amma başqa yolumuz da yoxdur, bu mövsüm üçün belə şərtlərlə oynamağa məcburuq. Qrafik üzrə məşq keçə bilməməyimiz bir yana, itkilər də işimizə mane olur. Tural Rzayev də İbrahim Aslanlının drumu bəlli deyil, növbəti oyunda heyətdə yer alıb-almayacaqları bilinmir". 

Qeyd edək ki, 22 turda 36 xal toplayan "Şirvan" "6-lıq"da ilk oyununu 20 apreldə səfərdə "Quba"ya qarşı keçirəcək.

Mirağa 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr