AZ

İşğaldan azad edilmiş ərazilərdə 1 400 km-dən çox avtomobil yolu tikilib - Şahin Mustafayev

Bakı.Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyə qədər 1400 km-dən çox avtomobil yolu tikilib.

Trend-inQarabağ bürosunun məlumatına görə, bunu Baş nazirin müavini ŞahinMustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının24-cü iclasında bildirib.

O qeyd edib ki, artıq üç beynəlxalq hava limanı da istifadəyəverilib:

"İşğaldan azad edilmiş ərazilərdə 120 km-dən çox dəmir yoluxətti çəkilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşaedilib. Bununla yanaşı yaşayış məntəqələri, kəndlər, məktəblər vəxəstəxanalar fəal şəkildə tikilir, müasir energetika, su təchizatı,rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır".

Ş.Mustafayev Azərbaycan və Rusiya münasibətlərinə dətoxunub:

"Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlıanlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir. Həriki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsasistiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlıəlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər.Münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğunolaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsiruhunda inkişaf edəcək".

Seçilən
16
1
az.trend.az

2Mənbələr