AZ

Müharibə ölkəni hərəkətə gətirdi: 38 milyardlıq yeni büdcə

Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ-nin və İsrailin İrana hücumları ilə başlayan müharibənin yaratdığı qlobal risklər səbəbindən ölkəsinin müdafiə xərclərini artıracaqlarını bildirib.

"Cebheinfo.az" xəbər verir ki,  Marles Milli Mətbuat Klubundakı çıxışında ölkənin yeni Milli Müdafiə Strategiyasını açıqlayıb.

Növbəti on il ərzində mövcud müdafiə xərclərinə əlavə olaraq 38 milyard dollar (53 milyard Avstraliya dolları) büdcə ayrılmasının planlaşdırıldığını bildirən Marles müdafiə büdcəsinin ümumi daxili məhsuldakı (ÜDM) payının 2033-cü ilə qədər 2,8 faizdən 3 faizə çatdırılacağını qeyd edib.

İrandakı gərginlik səbəbindən qlobal təhlükəsizlik mühitinin daha həssas hala gəldiyini vurğulayan Marles İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına dair strateji hədəfi dəstəklədiklərini diqqətə çatdırıb.

Marles Avstraliyanın "İkinci Dünya müharibəsindən bəri görülən ən mürəkkəb və təhdid dolu strateji şərtlərlə qarşı-qarşıya olduğunu" ifadə edib.

Ölkənin müdafiə resurslarını qiymətləndirərək bu qərarı qəbul etdiklərinə işarə edən Marles, bu artımın "ölkə tarixində sülh dövründəki ən böyük müdafiə xərci artımı olduğunu" qeyd edib.

Marles, həmçinin müdafiə xərclərinin artırılmasının ABŞ rəhbərliyinin təzyiqi ilə qəbul edilmiş bir qərar olmadığına diqqət çəkib.

Bu yeni strategiyanın ölkənin özünü təminetmə qabiliyyətini artırmağa yönəldiyini bildirən Marles, müttəfiqlərinin Avstraliya müdafiəsinin təməl ünsürü olmağa davam etdiyini vurğulayıb.

Avstraliya hökuməti fevral ayında ABŞ-nin və İngiltərənin iştirakı ilə əldə olunmuş AUKUS razılaşması çərçivəsində nüvə sualtı qayıqlarının istehsalına dəstək verəcək tərsanə inşası üçün təxminən 2,7 milyard dollar xərcləyəcəyini açıqlamışdı.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr