AZ

Şahin Mustafayev: Azərbaycan ərazisindən Ermənistana 26 min tona yaxın yük daşınıb

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və ölkəmizin xoş məramının göstəricisi olaraq, müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Azərbaycan ərazisi vasitəsilə Ermənistana yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev bu gün Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib. Baş nazirin müavini vurğulayıb ki, bu addım regionda etimadın möhkəmləndirilməsinə yönəlib və regional əlaqələrin inkişafına, iqtisadi qarşılıqlı fəaliyyətin və nəqliyyat-logistika əməkdaşlığının genişlənməsinə xidmət edir. Ş.Mustafayev konkret rəqəmləri diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın yaratdığı imkanlar nəticəsində artıq yükdaşımalar həyata keçirilməkdədir: "Bu günə qədər Rusiyadan Ermənistan Respublikasına Azərbaycan ərazisindən tranzitlə 26 min tona yaxın yük çatdırılıb. Bu yüklərin əsas hissəsini buğda və gübrələr təşkil edir”

Seçilən
34
3
teleqraf.com

4Mənbələr