Azərbaycan Rusiyailə münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında bildirib.
Baş nazirin müavini vurğulayıb ki, iki ölkə arasındakı ikitərəfli əməkdaşlığın inamlı inkişafı dövlət başçılarının — Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin ardıcıl siyasi iradəsi və strateji kursu ilə müəyyən edilir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya münasibətləri 2022-ci ilin Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etimad və müttəfiqlik ruhunda inkişaf etməkdə davam edəcək:
“Düşənbə görüşü ikitərəfli əməkdaşlıqda yeni səhifə açaraq gələcək prioritetləri müəyyən etdi. Ali səviyyəli təmasların müntəzəm xarakter daşıması tərəflərin qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu bir daha təsdiqləyir".