AZ

İran Fars körfəzindəki bütün ABŞ gəmilərini batırmaqla hədələyib

İran Fars körfəzindəki bütün ABŞ gəmilərini batırmaqla hədələyib

İran Silahlı Qüvvələri zərurət yaranacağı təqdirdə, Fars körfəzində raketlərin hədəf diapazonunda olan bütün ABŞ hərbi gəmilərini batıra bilər.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İranın Məsləhət Şurasının üzvü Möhsün Rezayi dövlət televiziyasının efirində bəyanat verib.

"Atəşkəs rejiminin uzadılması qətiyyən bizim maraqlarımızda deyil. Bu, mənim şəxsi fikrimdir. Təzyiq daha da artırılmalıdır. Hazırda raket qurğularımız gəmilərə tuşlanıb və hamısını batıracağıq. Heç kim bizdən qaça bilməyəcək", — deyə Rezayi bildirib.

Rezayi hazırda həm atəşkəsi qorumaq, həm də danışıqlar aparmaq üçün əsasların olduğunu qeyd etsə də, bunun daimi sülh olmadığını vurğulayıb: "Bu, hərbi sakitlikdir, qəti atəşkəs deyil. Ali rəhbər məhz bu ifadədən istifadə edir".

Seçilən
42
afn.az

1Mənbələr