Bakı, 16 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyevin Sabirabad rayonunda aprelin 17-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun və fond tərəfindən təşkil olunacaq ictimai dinləmənin vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşlara qəbulun və ictimai dinləmənin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.