AZ

Arıqlama iynələri boşanmaların artmasına səbəb olacaq

Arıqlama iynələri boşanmaların artmasına səbəb olacaq.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsveçin Göteborq Universiteti tərəfindən aparılan genişmiqyaslı araşdırmada deyilir. 

Qeyd edilir ki, mədəkiçiltmə əməliyyatı və oxşar arıqlama üsullarından istifadə edən şəxslər arasında boşanma nisbəti daha yüksəkdir.

Bu vəziyyət “Ozempic” kimi arıqlama iynələri ilə də əlaqələndirilir. 

Tədqiqatçıların fikrincə, sürətli arıqlama yalnız fiziki dəyişiklik deyil, həm də özünəinamın artması və "yeni mənlik" hissi yarada bilər.

Bu da bəzi insanların mövcud münasibətlərini şübhə altına almasına və qarşısındakını tərk etməsinə səbəb ola bilər. 

Mütəxəssislər vurğulayır ki, bu cür tədqiqatlar səbəb-nəticə əlaqəsini yox, sadəcə aradakı əlaqəni göstərir.
 

Seçilən
32
1
olke.az

2Mənbələr