AZ

"Rusiya kimi bir dövlətin öz səhvini qəbul edərək kompensasiya öhdəliyi götürməsi asan məsələ deyil"

"AZAL-la bağlı bu addım mühüm bir irəliləyişdir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Naqif Həmzəyev Rusiyanın 25 dekabr 2024-cü ildə vurdğu AZAL-a məxsus "Embraer 190" təyyarəsi ilə bağlı Azərbaycana kompensasiya ödəyəcəyi barədə qərarını şərh edərkən bildirdi. 

"Rusiya kimi bir dövlətin öz hərbi strukturunun səhvini rəsmən qəbul edərək kompensasiya öhdəliyi götürməsi asan məsələ deyil. Bu cür addımlar adətən həm siyasi, həm də hüquqi məsuliyyət daşıdığı üçün dövlətlər belə hallarda ehtiyatlı davranırlar. Bu, Azərbaycanın prinsipial və ardıcıl diplomatik mövqeyinin nəticəsidir. Rəsmi Bakının məsələyə soyuqqanlı, lakin qətiyyətli yanaşması, beynəlxalq hüquqa əsaslanan mövqeni qoruması və məsələni gündəmdə saxlaması nəticə etibarilə qarşı tərəfi bu addımı atmağa vadar etdi. Eyni zamanda bu hadisə göstərir ki, ardıcıl və əsaslandırılmış diplomatiya real nəticələr verə bilir", - deyə o qeyd etdi.

NURİYYƏ

Seçilən
17
1
redaktor.az

2Mənbələr