AZ

Türkiyə bu müəllimdən DANIŞIR: Şagirdləri üçün özünü belə sipər edib FOTO

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Kahramanmaraşda baş verən məktəb hücumu zamanı həyatını itirənlər arasında olan müəllim Ayla Karanın qəhrəmanlığı ilə bağlı yeni detallar məlum olub.

Milli.Az xəbər verir ki, Ayser Çalık Orta Məktəbində baş verən silahlı hücum zamanı müəllimənin 5-ci sinif şagirdlərini qorumaq üçün özünü güllələrin qarşısına verdiyi bildirilir. Şahid ifadələrinə görə, o, silah səslərini eşidən kimi şagirdləri təhlükəsiz yerə toplamağa çalışıb və hücumçunun qarşısını almaq üçün özünü sipər edib. Nəticədə Ayla Kara həyatını itirib.

Hadisədən sonra Kahramanmaraşda iki günlük matəm elan olunub. 16 və 17 aprel tarixlərində şəhərdə məktəblərdə dərslər dayandırılıb. Digər təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib, hadisədən zərər çəkən şagirdlər və ailələr üçün psixososial dəstək xidmətləri təşkil edilib.

Türkiyədə 9 nəfəri öldürən şagirdlə bağlı tükürpərdici DETALLAR - FOTO

Hücumçunun atası Uğur Mersinli isə saxlanılaraq həbs edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fidan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
news.milli.az

3Mənbələr