sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
Səudiyyə Ərəbistanı klublarının əsas transfer hədəflərindən biri olan Məhəmməd Salahla bağlı vəziyyət dəyişir. Misirli ulduzun yayda "Liverpull"dan ayrılaraq Səudiyyə Pro Liqasına keçidi əvvəl gözlənildiyi qədər gəlirli olmaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı idmana ayrılan böyük investisiyaları yenidən nəzərdən keçirir və daha ehtiyatlı strategiyaya keçir. Bu isə transferlərə ayrılan büdcənin azalmasına səbəb olur.Qeyd edək ki, Salah hələ də Səudiyyə Pro liqa klublarının maraq dairəsindədir. Lakin ona təklif olunacaq məbləğin əvvəlki kimi "astronomik" rəqəmlərdən daha aşağı olacağı bildirilir. Buna baxmayaraq, Səudiyyə tərəfi onu liqanın əsas simalarından biri kimi görmək istəyini qoruyur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.