AZ

Məktəbə hücumala əlaqədar 83 nəfər saxlanılıb, 940 hesab bloklanıb

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Rəsmi məlumata görə, sosial şəbəkələrdə cinayətə və cinayətkara haqq qazandıran paylaşımlar edən 83 nəfər müəyyən edilərək barələrində saxlanma qərarı çıxarılıb. Bildirilib ki, şübhəlilərlə bağlı istintaq hərtərəfli şəkildə davam etdirilir. Qurumun açıqlamasında qeyd olunur ki, kibercinayətlərlə mübarizə bölmələri internet məkanında aktivliyi nəzarətə götürərək ictimai asayişi poza biləcək məzmunları yaymağa çalışan şəxsləri müəyyən edib. Eyni zamanda, əməliyyatın rəqəmsal istiqaməti çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, həmçinin oxşar fəaliyyət göstərən 93 “Telegram” qrupu bağlanıb. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə mümkün təxribatların qarşısının alınması məqsədilə monitorinqlərin 24 saat davam etdirildiyini vurğulayıb. Məhəmmədəli Həsənli

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azvision.az

1Mənbələr