AZ

Sumqayıtda 34 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Sumqayıtda qətl hadisəsi törədilib.

Milli.Az report.az-a istinadən verir ki, hadisə 15-ci məhəllədə 16 saylı yataqxanada qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Həsənalı Əli oğlu Piriyev yaşadığı mənzildə bıçaqlanaraq öldürülüb.

Hadisənin kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***
Yanvarın 10-də saat 2 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Milli.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cu il təvəllüdlü Quliyev Seymur Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
289
50
milli.az

10Mənbələr