AZ

İspaniyada azarkeşlər matçlarda bloqerlərə qarşı çıxır

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniyada azarkeşlərlə blogerlər arasında narazılıq yaranıb.

İdman.Biz xəbər verir ki, “La Razon” nəşrinin yazdığına görə, mübahisə “Real Madrid”- “Elçe” oyunundan sonra başlayıb.

Həmin vaxt influser Marina Rivers və Lola Lolita “Santiyaqo Bernabeu” stadionundan şəkillər paylaşıblar.

Azarkeşlər diqqətə çatdırıblar ki, Marina daha əvvəl “Atletiko” və “Yuventus” formalarında görünüb və onu “qlor”( yalnız uğurlu, qalib komandaları dəstəkləyən, komanda zəifləyəndə isə başqa kluba “keçən” azarkeşə deyilir – red) adlandırıblar. Qız isə buna belə cavab verib:

“Atam “Atletiko”ya azarkeşlik edir, anam isə “Real Madrid”ə. Mən “Kral klubu”nu dəstəkləyirəm, amma Simeonenin komandası da xoşuma gəlir və istədiyim formanı geyinəcəyəm”.

Azarkeşlər əsasən bundan narazıdır ki, blogerlər kontent çəkmək üçün stadionda yerləri pulsuz əldə edirlər. Bu isə real azarkeşlərin bilet tapmaq imkanlarını azaldır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
icma.az

1Mənbələr