AZ

Bütün cüdoçularımız AÇ yə qələbə ilə başladı Yenilənir

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan cüdoçuları Tbilisidə keçirilən Avropa çempionatına qələbələrlə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bütün idmançılarımız ilk mərhələlərdə qalibiyyətə sevinib. 

Xanım cüdoçumuz Şəfəq Həmidova (48 kq) 1/16 finalda Erza Muminoviçi (Kosova) məğlub edib. 

Könül Əliyeva (48 kq) isə Amber Qersyesi (Niderland) üstələyib. 

Leyla Əliyevanın (52 kq) rəqibi Nikolina Nişaviç (Serbiya) 1/6 final görüşünə çıxmayıb. Bu səbəbdən L.Əliyeva 1/8 finala yüksəlib.

Gültac Məmmədəliyeva (52 kq) 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. O rəqibini məğlub edib. 

Kişi cüdoçularımızdan Turan Bayramov (66 kq) almaniyalı Nikolas Kunzeyə qalib gələrək 1/16 finala yüksəlib. 

Balabəy Ağayev (60 kq) isə 1/8 finalda italiyalı Andrea Karlino üzərində qalibiyyətə sevinib. 

Əhməd Yusifov (60 kq) isə böyük britaniyalı Çarli Ayredən üstün olub və 1/8 finala çıxıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
qafqazinfo.az

2Mənbələr