AZ

Ağır cinayətlərdə ittiham olunan şəxs Türkiyədən Azərbaycana ekstradisiya edilir

Bakı.Trend:

Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizəekstradisiya ediləcək.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşı Babayev Səbutər Adil oğlununekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmişvəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindəntəmin edilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil CinayətkarlıqlaMübarizə İdarəsində aparılan ibtidai istintaq zamanı SəbutərBabayevin mütəşəkkil dəstə tərkibində külli miqdarda narkotikvasitələrin, psixotrop maddələrin, habelə güclü təsir edənmaddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrüksərhədindən gizli keçirilməsində iştirak etməsi, bundan başqa, onunhəmin maddələri satış məqsədilə qanunsuz olaraq əldə etməsi,saxlaması, daşıması və satmasına əsaslı şübhələr müəyyənolunub.

Bu səbəbdən barəsində təqsirləndirilən şəxs qismində cəlb etməhaqqında qərar qəbul edilib, lakin istintaqdan yayınaraqgizləndiyinə görə o, beynəlxalq axtarışa verilib. Keçirilmiştədbirlər nəticəsində Səbutər Babayev Türkiyə Respublikasınınərazisində saxlanılıb.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsiistiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindənzəruri tədbirlər görülür.

Seçilən
27
20
az.trend.az

3Mənbələr