AZ

Livan İsraillə danışıqlara başladı?

Livan və İsrail liderləri arasında mümkün telefon danışığı barədə məlumatlar yayılıb. Ancaq Livan rəsmisi bu barədə heç bir məlumata malik olmadığını bildirib.

“Cebheinfo.az” bu barədə “Əl-Cəzirə”-yə istinadən xəbər verir.

Həmçinin, jurnalist Zeyna Xodrun sözlərinə görə, Vaşinqtonda səfirlərin ikinci görüşü barədə əlavə məlumat alınmayıb və bu barədə əvvəllər Donald Trampın açıqlamaları ilə bağlı sosial media paylaşımlarında da qeyd olunmuşdu.

Daha əvvəl Tramp özünün “Truth Social” sosial media hesabında İsrail və Livanın 34 ildən sonra ilk dəfə danışıqlara başlaya biləcəyini açıqlamışdı.

Seçilən
23
cebheinfo.az

1Mənbələr