AZ

Dubayın məşhur Burj Al Arab oteli 18 ay müddətinə bağlanır

Dubayın dünyaca məşhur məkanı olan Burj Al Arab oteli 1999-cu ildə açıldığı vaxtdan bəri ilk əsaslı təmirini həyata keçirir.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü otel rəsmisi tərəfindən məlumat verilib.

ABŞ-İsrail-İran münaqişəsi səbəbindən regionda turizmin yavaşladığı bir vaxtda otel 18 ay müddətinə bağlı olacaq.

Təmir işlərinin mərhələli şəkildə aparılacağı və layihəyə Parisdə yaşayan interyer dizayneri Tristan Auerin rəhbərlik edəcəyi bildirilib.

Bəyanatda otelin tamamilə bağlanması qeyd olunmasa da, rezervasiya edən qonaqlara bu müddət ərzində yaxınlıqdakı digər otellərdə yerləşmə təklif olunacaq.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr