AZ

Milyarder Süleymanov üçün AĞIR İTTİHAM: İstintaqdan GÖZLƏNİLMƏZ QƏRAR

İstintaq milyarder Süleymanovun ittihamını ağırlaşdırıb, xüsusilə ağır cinayət əməli əlavə edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

İstintaq orqanları Süleymanova qarşı irəli sürülən ittihamları ağırlaşdırıb. Belə ki, onun cinayət işinə xüsusilə ağır cinayət tərkibi olan “cinayətkar birlik yaratmaq” maddəsi əlavə olunub.

Süleymanov oktyabrın 2-nə keçən gecə Moskva Cinayət Axtarış İdarəsi (MUR) tərəfindən tutulub.

Milyarder İbrahim Süleymanov iki qətl və bir qətlə cəhdin təşkili ilə bağlı cinayət işində özünü təqsirli bilməyib.

Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) üzrə ittiham irəli sürülmüşdü.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr