AZ

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək

Bakı. Trend:

ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklifediləcək. Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbasİbrahimovdur

-Abbas müəllim, 7 may 2026-cı ildə ABB səhmdarlarınınnövbəti Ümumi Yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinəsəhmdarlara dividendin ödənilməsi məsələsi də daxildir. Bank ötənilin mənfəətindən səhmdarlara bu dəfə nə qədər dividendödəyəcək?

-Əvvəlcə onu qeyd edim ki, elə bu günlərdə ABB Maliyyə Qrupunun2025-ci il üzrə maliyyə hesabatlarına kənar auditor rəy verdi.Maliyyə qrupumuz 2025-ci ili 404,491 milyon manat xalis mənfəətləbaşa vurub. Bu, ABB-nin tarixində rekord mənfəət göstəricisidir.ABB-nin böyüməsində, belə yüksək mənfəət qazanmasında, təbii ki,son illər formalaşdırdığımız dayanıqlı biznes modelinin çox böyükrolu var.

Menecment olaraq bu il də səhmdarlarımıza yüksək məbləğdə, 200milyon manat dividend ödənişi təklifi etmişik. Ümumi Yığıncaqdatəklifimiz dəstəklənərsə, səhmdarlarımız bu il də nominal qiymətdən15.6% dividend gəliri əldə edəcəklər. Biz son 8 ildəsəhmdarlarımıza ardıcıl olaraq dividend ödəyirik. İki ildir ki,gəlirlərimizi 30 mindən artıq səhmdarımız, vətəndaşımızlabölüşürük.

-Yığıncağın gündəliyində ABB-nin xarici bankda iştirakpayı alması məsələsi də var. ABB hansı xarici ölkədə və hansı bankıalmaq fikrindədir?

-ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakıəsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrəkÖzbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik. Buniyyətimiz Azərbaycan və Özbəkistan arasındakı stratejitərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznesmühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır.Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibindərəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yertutur.

Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyikorporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslıinnovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə,ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkanyaradacaq, Bankımızın regional və beynəlxalq imicinimöhkəmləndirəcək.

Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanınözəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərarverərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlarabaşlayacağıq.

Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazararaşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik.

-Son dövrlər ABB-nin öhdəliklərinin strukturunda millivalyutanın payı artmaqdadır. Bu, manata inamın artmasınıngöstəricisi kimi dəyərləndirilə bilər?

-Bəli, təkcə son 3 ayda ABB-də manatladepozitlərdə 235 milyon manat artım olub. Bu tendensiya təkcəABB-də yox, ümumən sektorda özünü göstərir və birbaşa manata inamındavamlı artmasından irəli gəlir.

Son 3 ildə bank sektorunun cəmi əmanət portfeli 51% artıb. Millivalyutada müddətli əmanətlər son 3 ildə 2.1 dəfə artaraq 7.5 mlrd.manata çatıb. Bu dövrdə fiziki şəxslərin əmanətlərində dollarlaşmasəviyyəsi 40%-dən 31.1%-ə qədər azalıb. Unikal müddətli əmanətçisayında da davamlı artım müşahidə olunur. 2023-cü ilin sonu iləmüqayisədə unikal müddətli əmanətçi sayı 89.4% artım göstərib.

-ABB bu ildən manatda istiqrazlar da buraxmağa başlayıbvə bunun davamlı olacağı bildirilir. Məqsəd əlavə vəsait cəlbetməkdir?

-Əsas məqsədimiz ölkəmizin kapital bazarını əlavə alətlərlədəstəkləmək, bazara çoxsaylı fiziki şəxs investorlar cəlb etməkdirki, daimi aktivlik olsun. Martda fiziki şəxslərə üstünlük hüququverməklə ilk emissiyanı keçirdik. Hər biri 5 milyon manat olmaqla 1il və 2 il müddətinə 10 milyon manatlıq istiqraz buraxılışı uğurlabaş tutdu. Sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfəüstələdi. Fikrimizcə, bunun özü də milli valyutaya olan inamdan,investorların ABB istiqrazları kimi gəlirli maliyyə alətlərinəgetdikcə artan marağından irəli gəlir. Eyni zamanda, bu alətlərinəlçatanlığı da mühüm məqamdır. İnvestorların 98%-dən çoxu ABBistiqrazlarını heç yerə getmədən, ABB mobile tətbiqimiz üzərindən,cəmi bir neçə toxunuşla, tam rəqəmsal təcrübə ilə əldə etdilər. 528investor ABB istiqrazlarına sahib oldu.

Bu il ərzində davamlı tranşlarla ümumən 100 milyon manatməbləğində istiqraz emissiyasını planlayırıq. Hədəfimiz ölkəmizinkapital bazarına minlərlə yeni investor cəlb etməkdir.

-ABB süni intellekt sahəsinə ciddi investisiyalar etməyəbaşlayıb. Bu investisiyalar Bank üçün hansı dəyərləriyaradır?

-Bankın süni intellekt texnologiyalarına investisiya etməsiartıq seçim yox, strateji zərurətdir. Çünki gələcəyin bankçılığısüni intellektlə qurulur. Süni intellekti indidən dəyərləndirməyənşirkətlər çox yaxın gələcəkdə həm texnoloji, həm biznes baxımındangeri qala bilərlər. Ona görə ABB olaraq biz süni intellekttexnologiyalarının tətbiqində milli çempionlardan biri olmağıhədəfləyirik, müştərilərimizlə birgə gələcəyin bankçılığınıqururuq.

Yeni strategiyamız çərçivəsində biz ABB-nin “Süni intellekt vəGenerativ süni intellekt” Yol Xəritəsini qəbul etmişik. Bu YolXəritəsi əsasında süni intellekt həllərini yalnız müştəriyə yönəlikxidmətlərdə deyil, eyni zamanda əməkdaşlarımızın gündəlikfəaliyyətində, arxa ofis əməliyyatlarında və risk idarəetməsindəgeniş şəkildə tətbiq edirik.

Hazırda ABB-də müxtəlif istiqamətlər üzrə tətbiq olunan süniintellekt modellərinin sayı 180-ə yaxınlaşır. Bununla yanaşı,dayanıqlı və miqyaslana bilən süni intellekt infrastrukturumuzuqururuq. NVIDIA HGX B200 platforması əsasında qurulan Dell GPUyüksək performanslı hesablama infrastrukturunun formalaşdırılmasıprosesindəyik.

Bu ilin əvvəlində AI-khan və AI-nur adlı süniintellekt köməkçilərimizi bütün müştərilərimizin istifadəsinətəqdim etdik. Biz buna sadəcə yeni bir texnoloji funksiya kimiyanaşmırıq, bu, bankçılığa yanaşmanın dəyişməsi – Gələcəyinbankçılığı deməkdir.

-Bütün bunlar bankçılıqda nəyi dəyişir?

-Uzun illər banklar rəqəmsal xidmətləri tətbiqlər vasitəsiləmüştərinin mobil telefonuna gətirirdi. Bu gün isə süni intellekttexnologiyası sayəsində bank ilk dəfə müştərinin həyatına onundanışıq dili ilə daxil olur. Artıq milyonlarla müştəri ilə eynianda, amma hər biri ilə fərdi şəkildə ünsiyyət qurmaqmümkündür.

Bu istiqamət qlobal səviyyədə yeni formalaşır və ən innovativmaliyyə institutlarının diqqət mərkəzində olan sahələrdən biridir.ABB olaraq biz bu yeniliyi erkən mərhələdə təkcə ölkəmizdə yox,regionda və qlobal miqyasda tətbiq edən ilk banklardan biri kimiçıxış edirik.

Qısa müddətdə yüz minlərlə müştərinin AI-khanAI-nurla sadəcə danışaraq müxtəlif maliyyəəməliyyatlarını həyata keçirməsi göstərir ki, artıq müştərilərsadəcə rəqəmsal interfeys yox, ünsiyyət gözləyirlər. Bu isəbankçılığın növbəti mərhələsinin istiqamətini aydın şəkildə müəyyənedir.

Hədəfimiz süni intellekti ayrıca bir funksiyaya yox, müştəri iləbütün münasibətlərin ayrılmaz hissəsinə çevirməkdir. Yəni banktəkcə maliyyə xidmətləri göstərən qurum olmaqdan çıxıb, müştəriningündəlik həyatında real dəyər yaradan, onunla daim ünsiyyətdə olanhəyat tərzi tərəfdaşına çevrilir.

Seçilən
24
13
az.trend.az

10Mənbələr