AZ

Məhkəmə ərini öldürən qadın və sevgilisinə bu cəzanı verdi

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə çıxışlar olub. 

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və təqsirləndirilən şəxslər son söz deyib. 

Daha sonra hökm oxunub. 

Hökmə əsasən, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə Leyla Abbasovanın 17 il, Zahir Soltanov isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. 

Belə ki, 2025-ci il avqustun 9-da DİN 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. 

Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübəhli şəxs qismində saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
20
5
unikal.az

8Mənbələr