AZ

İranın Siri adasında neft rezervuarları yanır

Peyk görüntüləri böyük tutumlu anbarlarda güclü yanğının baş verdiyini göstərir...

Poliqon xəbər verir ki, İranın Siri adasında yerləşən neft rezervuarlarında yanğın baş verib.

Yayılan yeni peyk görüntülərində adada yerləşən və ümumi tutumu təxminən bir milyon barelə qədər olan neft anbarlarının alov içində olduğu görünür.

Bildirilir ki, sözügedən rezervuarlar ehtimal ki, xam neftin saxlanılması üçün istifadə olunub və yanğın geniş əraziyə yayılıb.

Hadisənin başvermə səbəbləri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Ekspertlər qeyd edirlər ki, belə insidentlər enerji infrastrukturuna ciddi ziyan vurmaqla yanaşı, regionda enerji bazarlarına da təsir göstərə bilər.

Analitiklərin fikrincə, xüsusilə Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə bu cür hadisələr əlavə risklər yaradır.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr