AZ

Azərbaycan nefti 6 dollara yaxın ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,55 ABŞ dolları və ya 4,68 % azalaraq 113,01 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 116,55 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,48 % azalaraq 108,93 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
27
39
olke.az

10Mənbələr