AZ

Avroviziya mahnımızı ilk dəfə eşidən Xalq artistinin reaksiyası

Axsham.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xalq artisti Ənvər Sadıqov Azərbaycanın "Avroviziya 2026" mahnısına münasibət bildirib.

Axşam.az xəbər verir ki, "Hərşeyşünas" yutub layihəsində qonaq olan musiqiçi mahnını ilk dəfə orada dinləyib. Ə.Sadıqov həm ifanı, həm də musiqini bəyəndiyini bildirib. 

"Avroviziya" məsələsi qəlizdir. Əvvəl fikirləşirdik milli musiqini qabarıq şəkildə verək. Amma hər bir şeydə limit olmalıdır. Az olanda yaxşı olur. Mahnıda milli musiqi mütləq lazımdır. Vacib deyil hansısa alətlə çıx və bunu göstər. Amma aləti boş-boş yox, əsaslandıraraq göstər. Tək "Avroviziya"da deyil, xaricini təəccübləndirə bilmərəm. Rumından iti ifa edə bilmərəm. Amma bir dənə "Tərəkəmə" xalq rəqsimizin bir limizmasını et, onun diqqətini çəkəcəksən. Çalışacaq, amma səni təkrarlaya bilməyəcək. Biri də var sən onun başa düşdüyü formatı verəsən, qəbul edir, içində milli ruh əlavə et və onu düşündür. Mahnıda çox az milli ruh verilib, səpki normaldır. Arzu edirik, yer tutsun. Amma beş, altıncı yer tutsaq da normaldır. Xoşuma gəldi ifa da, mahnı da".

Qeyd edək ki, ölkəmizi bu il yarışmada Jiva "Just go" mahnısı ilə təmsil edəcək. 

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
axsam.az

1Mənbələr