AZ

“Azərbaycan bütün təhlükələrə rəğmən “pro rusiya” olmadı” Natiq Cəfərli

ain.az bildirir, Gununsesi portalına istinadən.

Xəbər verdiyimiz kimi, Rusiya tərəfi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzası ilə bağlı Azərbaycana kompensasiya verəcək.

Bu barədə Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.

Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Gununsesi.info bildirir ki, iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Rusiya nəhayət məntiqsiz inkar və haqsız mövqedən geri çəkildi, əlaqələrin normallaşması üçün üzr istədi və kompensasiya məsələsi həll olundu.

“Belə olması yaxşıdır, “coğrafiyamız taleyimizdir” – bunu daim ağlımızda tutub yaşamalıyıq. Münasibətlər normallaşmalıdir, qarşılıqlı maraqlar nəzərə alınmalı, Kreml də artıq böyük qardaş, ümümiyyətlə, qardaş olmadığını dərk və həzm edib, hörmət edəndə hörmət görəcəyini qavramalıdır.

Azərbaycan bütün təhlükələrə rəğmən “pro-rusiya” olmadı, bu çox yaxşıdır və bizim siyasət elə qurulmalıdır ki, dövlətimiz kənar təsirlərlə uyub heç vaxt “anti-rusiya” da olmayasın”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr